Sayılıb-seçilən məqşçilərimizdən olan Samir Abasov hər həftə mütləq nə iləsə yadda qalmalı, gündəm olmalıdır.
Ya hərəkəti, ya da işlətdiyi xüsusi fikirlərlə.
"Sumqayıt"ın çalışdırıcısı üçün “Şamaxı” ilə oyun da bu baxımdan geri qalmadı.
Belə ki, təcrübəli mütəxəssis qələbə qazandıqları oyundan sonra (1:0) ənənəvi olaraq yayımçı kanal olan CBC Sport-un muxbirinə yaxınlaşıb.
Oyun ətrafında veriləcək suallara cavab vermək üçün.
Onun diqqət çəkən fikirləri də bu zaman yaşanıb. Abasov ona ünvanlanan sorğulara bir qədər əsəbi və lakonik cavablar verməklə yadda qalıb. Sonda isə kanalın əməkdaşı ilə sağollaşmadan paltardəyişmə otağına tələsib.
Məşqçinin qəribə addımı oyunun təcrübəli şərhçisi Ramiz Mirzəzadənin və minlərlə izləyicinin də diqqətindən qaçmayıb. Sosial şəbəkələrdə geniş müzakiər olunub.
Haqqında danışdığımız qeyri-adi müsahibəni sizə təqdim edirik:
XANOĞLAN / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

