Hər şey hazırdır, sadəcə, bir zəng gözləyirlər – XƏBƏRİNİZ OLSUN!

16 Fevral 2023 14:40 Sumqayıt 1 336
Hər şey hazırdır, sadəcə, bir zəng gözləyirlər – XƏBƏRİNİZ OLSUN!

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadiounun rəsmi açılışı maya qədər uzana bilər.

Üç il öncə sökülən arenanın tikintisi 4 ay öncə başa çatıb.

Əsas problem təbii qazonla bağlı idi, artıq meydança da yararlı duruma gətirilib. Aqronomlar martda buranı sonuncu dəfə ekspertizadan keçirəcək.

Sadəcə, idman qurğusunun qapılarının açılması sonraya qalıb. İndi bura heç kim buraxılmır – stadionun öz əməkdaşlarından başqa.

Media əhlinin üzünə də bağlı olan arenanın açılışı rəsmi dövlət qurumlarından asılıdır.

Hər halda Sumqayıt şəhər İcra Hakimiyyətindən yerli futbol ictimaiyyətinə belə deyilib. Bildirilib ki, «Mehdi Hüseynzadə» ən uzağı, mayda təntənəli tədbirlə istifadəyə veriləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti