"Oynamayacaqdı, onu məcburiyyətdən meydana buraxdım"

15 Fevral 2023 02:30 Sumqayıt 738
"Oynamayacaqdı, onu məcburiyyətdən meydana buraxdım"

"Vacib üç xal qazandıq".

Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXII tur oyunu haqda deyib.

45 yaşlı mütəxəssis yeni transfer Kamran Əliyevin məcburiyyətdən meydana çıxdığını bildirib:

"Dieqo Karioka hazır olsaydı, Kamran oynamayacaqdı. Start heyətdə matça başlamaq üçün fiziki cəhətdən hazır deyil".

Abasov ilk hissədəki mübahisəli penalti epizoduna qısa şərh verib:

"Həmin anı görməmişəm. Bu səbəbdən nəsə deyə bilmərəm".

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə