Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki,"Sumqayıt" "Şamaxı"nı qəbul edib.
"Kapital Bank Arena"dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. "Gənclik şəhəri" təmsilçisinin heyətində 24-cü dəqiqədə Kərim Abubakar fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "Sumqayıt" 7-ci pilləyə yüksəlib. Qonaqlar isə 8-cı sıraya enib.

