Samir Abasov 100-cü dəfə...

14 Fevral 2023 00:40 Sumqayıt 566
Samir Abasov 100-cü dəfə...

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov komandanı 100-cü dəfə çempionat oyununa çıxarıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının XXII turuna təsadüf edib.

45 yaşlı mütəxəssis "Şamaxı" ilə ev matçınadək (1:0) "gənclik şəhəri" təmsilçisini ölkə çempionatında 99 sınağa çıxarıb.

O, 2015-ci ilin oktyabrından 2018-ci ilin mayınadək üç mövsüm ərzində 85 çempionat görüşündə “Sumqayıt”ın sükanı arxasında olub

2022-ci ilin sentyabrında komandaya qayıdan mütəxəssis cari çempionatın 15 qarşılaşmasında iş başında olub.

Abasovun rəhbərliyi altında keçirdiyi 100 oyunda “Sumqayıt” 33 qələbə qazanıb, 26 heç-heçə edib və 41 dəfə uduzub. Bu matçlardakı top fərqi 113-135-dir. Komanda çempionatda aktivinə 125 xal yığıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti