Azərbaycan yığmasının hücumçusu 2,5 il “Sumqayıt”da

10 Fevral 2023 14:40 Sumqayıt 888
Azərbaycan yığmasının hücumçusu 2,5 il “Sumqayıt”da

“Sumqayıt” Kamran Əliyevin transferini açıqlayıb.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, “Arsenal”da (Tula) çıxış edən 25 yaşlı hücumçu “gənclik şəhəri” təmsilçisi ilə münasibətləri rəsmiləşdirib.

Azərbaycanın U-21 yığmasının keçmiş oyunçusu yeni komandası ilə 2,5 illik müqavilə imzalayıb. Əliyev “Sumqayıt”da 23 nömrəli formanı geyinəcək.

Rusiyada “Ximki”nin yetirməsi olan Kamran Əliyev karyerası ərzində “SKA Xabarovsk” və “Arsenal”da da çıxış edib.

O, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində 2 yoxlama oyununda meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti