"Arsenal"dan azərbaycanlı hücumçu ilə əlaqəli AÇIQLAMA

10 Fevral 2023 01:10 Sumqayıt 1 026
"Arsenal"dan azərbaycanlı hücumçu ilə əlaqəli AÇIQLAMA

"Arsenal"dan ayrılaraq "Sumqayıt"a keçən Kamran Əliyev artıq bir müddətdir ki, "kimyaçılar"ın düşərgəsindədir. Amma klub onu çempionat oyunlarında meydana buraxmaq üçün sifariş edə bilmir.

Sportinfo.az xəbər verir ki, mətbuatda problemin forvardın sabiq klubu olan "Arsenal" tərəfindən qaynaqlandığı qeyd edilir.

Belə ki, Tula klubunun lazımı sənədləri hücumçuya vermədiyi iddia olunub.

Məsələ haqda "Arsenal"dan rəsmi açıqlama aldıq. Klubun mətbuat katibi Yevgeni Ovsyannikov rəhbərliklə danışdıqdan sonra sportal.az-a onların adından bu cür açıqlama verib:

"Bütün lazımı sənədlər Kamran Əliyevin nümayəndələrinə təhvil verilib. Biz tərəfdən heç bir problem ola bilməz. Tula klubu Kamrana gələcək karyerasında uğurlar arzulayır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti