”Sumqayıt”a pənah gətirən braziliyalı: ”Səbirsizlənirəm”

7 Fevral 2023 13:40 Sumqayıt 419
”Sumqayıt”a pənah gətirən braziliyalı: ”Səbirsizlənirəm”

“Daha sakit və rahat şəkildə yola davam edə bilməyimiz üçün startda qələbə qazanmaq həmişə yaxşıdır“.

Sportinfo.az xəbər verir ki, bunu “Sumqayıt”ın qış fasiləsində “Kolos”dan (Ukrayna) icarəyə götürdüyü Dieqo Karioka deyib.

25 yaşlı braziliyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına verdiyi açıqlamada söyləyib:

”Qısa müddət əvvəl bura gəldiyimi nəzərə alsaq, meydana çıxmaq və qalib gəlmək çox vacibdir. Çünki “Sumqayıt”ın heyətində möhkəmlənmək üçün səbirsizlənirəm”.

Xəbər Lenti