Samir Abasovun həqiqəti

6 Fevral 2023 19:00 Sumqayıt 654
Samir Abasovun həqiqəti

Samir Abasov «Neftçi»yə məğlubiyyətə üzülmədi.

Matçdan sonra verdiyi açıqlamalarda «Sumqayıt»ını təriflədi, nəticənin oyuna görə olmadığını söylədi.

Hesabın açıldığı epizodun üzərində dayandı, az-çox deyindi, "ilk qol "Neftçi"nin qapısına vurulsaydı, saatlarla VAR-a baxılardı" kəlməsini işlətdi.

O. səmimi danışdı. Ürəyindən keçəni dilə gətirdi. Sadəcə, hissə qapılaraq belə münasibət sərgiləmədi. Gördüyü, futboldan anladığı budur və fikrimcə, yanaşmasını çək-çevir etməyə dəyməz.

Elçin Məsiyev Solomon Kvrekveliyanın 54-cü dəqiqədə qol vurduğu epizoda başqa cür də qiymət verə bilərdi.

«Sumqayıt»ın lehinə cərimə zərbəsi təyin etsəydi, tribunalar üçtünə gəlməyəcək, efirlərdə və saytlarda əleyhinə sərt tənqidi rəylər səsləndirilməyəcəkdi.

Əliyar Ağayev VAR hakimi olaraq bu oyuna təyinat almışdı və çox maraqlıdır, nədənsə mübahtsəli epizoda qarışmadı. FİFA referisi Məsiyevi Var kamerasına baxmağa da dəvət edə bilərdi, onu da etmədi.

«Sumqayıt» ikinci hissənin əvvəlinə, yəni, bu fraqmentədək özünü pis hiss etmirdi. Sakit və halından məmnun bir oyun sərgiləyirdilər.

Yalnız hesab açılandan sonra «Sumqayıt»ın ritmini itirdi və Elvin Bədəlovun səhvin fərqi 2 topa çatmasına səbəb oldu.

«Sumqayıt» kimi çempionatda qalmaq mücadiləsi verən autsayderlər bir «him»ə bənddir. Hakimdən bir səhv qərar görüncə, mental olaraq «dağılırlar».

Samir Abasovu da yandıran məqam bu olsun gərək.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"