2:1-in qazancı – 1000 AZN

5 Fevral 2023 11:40 Sumqayıt 383
2:1-in qazancı – 1000 AZN

Premyer Liqanın son turunda “Turan Tovuz“a öz meydanında 2:1 hesabıyla qalib gələn “Sumqayıt” futbolçularına yüksək mükafat ödəyib.

Əsas heyətdə meydana çıxan “kimyaçılar“ın hər biri 1000 manat qazanıb,

Klub rəhbərliyi, eyni zamandav, ötən ildən qalan borcu ödəyib.

Söhbət Premyer Liqa çərçivəsində “Kəpəz”lə səfər (1:0) və “Səbail”lə ev (2:0) matçlarında qeydə alınan qələbələrə görə vəd olunmuş mükafatlardan gedir.

Komanda üzvlərinin hər birinə 1000 manat verilib.

Həmçinin iki ay öncə cərimələnən komanda üzvləri «əfvə düşüb».

Belə ki, uğursuz oyunlara görə həmin vaxt əməkhaqlarının 50 faizi miqdarında cərimə olunan «kimyaçılar» bağışlanıb. Vəsait onların bank hesablarına geri qaytarılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti