
“Sumqayıt” rəhbərliyi ötən ildən qalan borcunu ödəyib.
Söhbət Premyer Liqa çərçivəsində “Kəpəz”lə səfər (1:0) və “Səbail”lə ev (2:0) matçlarında qeydə alınan qələbələrə görə vəd olunmuş mükafatlardan gedir.
Komanda üzvlərinin hər birinə 1000 manat verilib.
Həmçinin iki ay öncə cərimələnən komanda üzvləri «əfvə düşüb».
Belə ki, uğursuz oyunlara görə həmin vaxt əməkhaqlarının 50 faizi miqdarında cərimə olunan «kimyaçılar» bağışlanıb. Vəsait onların bank hesablarına geri qaytarılıb.
SPORTİNFO.AZ