"AĞLAMA" - "Sumqayıt"lı makedon komanda yoldaşından maraqlı məsləhət aldı - FOTO

3 Fevral 2023 19:40 Sumqayıt 605
"AĞLAMA" - "Sumqayıt"lı makedon komanda yoldaşından maraqlı məsləhət aldı - FOTO

"Sumqayıt" 20-ci turu qələbə ilə başa vurdu.

Doğma meydanda "Turan Tovuz"u qəbul edən komanda 2:1 hesablı qələbə ilə 3 xala sevindi.

Xüsusi ilə "kimyaçılar"ın il qolu baxımlı alındı. Şimali Makedoniyalı Todor Todoroskinin uzaq məsafədən vurduğu zərbə doqquzluğa sancıldı.

Düzdü, buraxılan qola rəqib qolkiper Tərlan Əhmədlinin kobud səhvi də az "rəng" qatmadı.

Müdafiəçi ya zəlzələdən, ya vəlvələdən vurduğu əla qola göz yaşları axıtdı.

Meydanda onun sevincinə ilk şərik olan komanda yoldaşı Vüsal İsgəndərli oldu.

"10 nömrə" meydandan kənarda da Todordan "əl çəkməyib".

Yarımmüdafiəçi həmin anın fotosunu sosial şəbəkə hesabından paylaşaraq, arxa xətt oyunçusuna maraqlı məsləhət verib.

İsgəndərli "12 nömrə"yə xitabən fotoya "Ae yaxşı day ağlama" sözlərin yazıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti