“Dedi ki, bir az şəxsi problemlərim var, razılığa gəldik ki, müqaviləyə xitam verək“

31 Yanvar 2023 19:00 Sumqayıt 855
“Dedi ki, bir az şəxsi problemlərim var, razılığa gəldik ki, müqaviləyə xitam verək“

“Biz ondan FİFA-ya şikayət etməmişik, yollarımızı normal şəkildə ayırmışıq“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt“ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.

Ötən ilin oktyabrında “Sumqayıt”la birillik müqavilə imzalayan Riçard Qadze buranı birdəfəlik tərk edib. “Kimyaçılar“ 29 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib:

“O, komandanın Antalya toplanışına qatılmamışdı. Qalzeni cərimələdiyimiz barədə yayılan xəbərlər əsasızdır.

Bizə dedi ki, bir az şəxsi problemləri var. Belə razılığa gəldik ki, müqaviləyə xitam verək“.

Qadze “Sumqayıt“a gələnədək Banqladeşdə - “Şeyx Rassel”də çıxış edib. 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalayan qanalı Azərbaycanda daha öncə “Zirə”də (2017-2018; 2019-2020) forma geyinib.

Karyerası ərzində Hindistanın “Delhi Dinamo”, Finlandiyanın “HİK” (Helsinki), Rumıniyanın “Voluntari”, Moldovanın “Şerif” və İsrailin “Bney Saxnin” klublarının şərəfini qoruyub.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!