Bu, gələcəyə böyük ümid verdi, bəs..?

2 Fevral 2023 17:40 Sumqayıt 673
Bu, gələcəyə böyük ümid verdi, bəs..?

“Sumqayıt” mövsümdə 3-cü qələbəsin “Turan Tovuz” üzərində qazandı – 2:1.

Açığı, qarşılaşmadan əvvəl qonaqların şansları daha üstün görünürdü.

Amma proqnozların əksinə olaraq, Samir Abasovun yetirmələri yekunda meydanı gülən tərəf kimi tərk edə bildi.

Bu qələbə ilə xallarının sayını 15-ə yüksəldən “Kimyaçılar” turnir cədvəlində bir pillə irəlilədisə, ilk altılıqla xal fərqini ikiyə qədər endirmiş oldu. İndi Abasovun yetirmələrin sonuncu pillədən 5 xallıq interval ayırır.

Kifayət qədər ciddi sıçrayışdır. Komanda arxada qalan 20 turda hələ ilk dəfə belə mənzərə görür.

Hazırkı dövrdə əsas rəqiblərlə oyunda ən vacibi məğlub olmamaqdır. Çünki 1 xalın dəyəri böyükdür. Son beşlik bir-birin daban-dabana izləyir. Uzaqlaşana çatmaq çətin olacaq.

Bu baxımdan “Gənclik şəhəri” təmsilçisi hətta bir az da irəli gedərək qələbə qazandı.

Əldə olunan 3 xalın əhəmiyyəti böyükdür. Təbii ki, qələbə gələcəyə böyük ümid verdi. Bəs oyun?

Məncə, bu barədə təriflər yağdırmaq çox tezdir. Vurulan hər iki qol da rəqib futbolçuların hədiyyəsi oldu.

Real qol şanslarından danışası olsaq, meydan sahibləri bunda da rəqibinə uduzurdu. Məğlubiyyətə rəğmən Ayxan Abbasovun yetirmələri daha diri görünürdü. Bir qədər şansları gətirsə, ən pis halda Sumqayıtdan 1 xalla qayıdacaqdılar.

Düzdü, Aleksey Baqanın qoyub getdiyi komanda hara, indiki hara. İndi meydanda bəlli sistem görürük. Futbolçular nə etmək istədiklərini bilirlər.

Bir sözlə, Abasov yerlə-göy qədər fərq yaradıb. Amma istədiyini yaradıb demək olmaz. Bu, nə fanatların istədiyi komandadı, nə də Samir Abasovun.

Yeni transferlər pis deyil, potensialları görünür. Lakin zaman lazımdır. Şəhərə, yeni komandaya, çempionata uyğunlaşa bilsinlər deyə. Adətən yayada yığılan heyət qışa kimi özünə gəlir. Məntiqlə qışda yığılan da yaya kimi zaman istəməlidir. O zaman isə yoxdur. Tələsmək mütləqdir.

Ki, bu proses sürətlənsə, yaxşı nəticə ilə bərabər, yaxşı komandanı da görə bilərik.

XANOĞLAN İMANOV

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı