"Bu, həmin futbolçuların xətrinə dəyə bilər" - Samir Abasov

30 Yanvar 2023 21:10 Sumqayıt 667
"Bu, həmin futbolçuların xətrinə dəyə bilər" - Samir Abasov

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində doğma meydanda "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "kimyaçılar"ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı oyun keçirdik. Bəzi epizodlar var idi ki, mənim üçün çox xoş idi. Futbolçular artıq nə etmək lazım olduğunu bilirlər. Matçın son dəqiqələri bizim üçün təzyiqli keçdi. Oyunçular axıra kimi dözə bilmədilər. Yeni futbolçuların ideal formada olmamağı başadüşüləndir. Buna baxmayaraq, uşaqlar vuruşdular, qol buraxmamaq üçün nələrsə etdilər. Əhsən! Qələbə resepti budur. Futbolçular işlərinin öhdəsindən layiqincə gəldilər.

- İkinci hissədə cinahlardan sürətli əks-hücumlar qurdunuz, amma qolla yekunlaşmadı. Bunun səbəbi nədir?

- Düz deyirsiz, iki epizodumuz oldu. Bir dəfə də standart vəziyyətdə qola yaxınlaşdıq. Top qapının içindən necə çıxdı, başa düşə bilmədim. Həmin epizodlar qol olsaydı, özümüzü rahat hiss edərdik. Son nöqtəni niyə qoya bilməməyimizin cavabı yoxdur. Keyfiyyətin üzərində dayanmayaq. Bu, həmin futbolçuların xətrinə dəyə bilər. Bunu şanssızlığa bağlayıram. Növbəti matçlarda həmin epizodları dəyərləndirsək, zövqlə izləyərik. Yaxşı hücumlar qura bilirik.

- Futbolçular meydanda sürüşürdülər. Bunun səbəbi nə idi?

- Ümumiyyətlə Azərbaycan stadionlarında bu problem var. Cavabını bilmirəm. Sumqayıt rütubətli yerdir. Amma səbəb o deyil. Futbolçular üçün çox çətindir.

- Son dəqiqələrdə Nihat Əhmədzadə ilə Elşən Abdullayevi meydana buraxmaq riskli deyildi?

-Məcburiyyətdən idi. Dieqo noyabrdan futbol oynamır. Bizə də gec qoşulub. Düşünürəm ki, hər riskdə Nihat kimi uşaqları meydana buraxmaq yaxşı olar. Belə vəziyyətlərdə bişərlər.

- Bu gün Riçard Qadzenin yeri görünürdü?

- Düşünürəm ki, Qadzenin yeri ümumiyyətlə görünmədi. Bu cür sürətli hücumlarda Qadze axsayırdı.

- Qadze ilə bağlı açıqlama olmadı. Klubdan ayrılıb?

- Bəli. Ayrılmağının səbəbkarı mənəm. Təlim-məşq toplanışına gəlmədi. Bəhanələr etdi.

- Ehtiyat oyunçular skamyanız geniş deyil. Xüsusən də müdafiə xətti ilə bağlı problemlər görünür. Bunu necə şərh edərdiniz?

- Bu, sırf bəxtsizlikdir. Üç mərkəz müdafiəçisindən ikisi zədələnib. Bunun əziyyətini çəkirik. Bir neçə tur belə davam edəcək. Bir həftəyə düzələsi zədələr deyil. Amma əsla təşvişə düşmürük.

- Kamran Əliyevin transferi nə yerdə qaldı?

- Sənəd işləri var. Yaxın vaxtlarda rəsmiləşəcək. Məşqlərdə xoş təəssürat bağışlayır. İstəyirik ki, tezliklə oynasın. Abubakar ilk matçına çıxdı. Bu gün çox şeylər etdi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!