“Sumqayıt”da 2 legioner, 1 yerli problemi

30 Yanvar 13:20 Sumqayıt 567
“Sumqayıt”da 2 legioner, 1 yerli problemi

“Sumqayıt”ın 3 futbolçusu Azərbaycan Premyer Liqasının XX turunda “Turan Tovuz”la keçiriləcək oyunu buraxacaq.

Sportinfo.az xəbər verir ki, bir yerli və iki əcnəbi oyunçu bu gün baş tutacaq qarşılaşmada iştirak edə bilməyəcək.

Bunlar müdafiəçilər Vurğun Hüseynov, niderlandlı Stiven Pereyra və qvineyalı yarımmüdafiəçi Alya Turedir.

Pereyra və Ture hələ də zədəsini sağaltmaqla məşğuldursa, kapitan XIX turda “Zirə” (1:3) ilə görüşdə sıradan çıxıb. Hüseynovun təxminən 2-3 həftə komandadan ayrı qalması gözlənilir.

“Sumqayıt” – “Turan Tovuz” görüşü saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti