"Transfer pəncərəsi"nin bağlanacağı son dəqiqəyə kimi…"

30 Yanvar 2023 11:40 Sumqayıt 1 103
"Transfer pəncərəsi"nin bağlanacağı son dəqiqəyə kimi…"

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan «Sumqayıt» transfer çalışmalarını davam etdirir.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

Onun sözlərinə görə, komandanınq gücləndirilməsi istiqamətində müəyyən işlər görülür: «Hələ» 8-9 gün vaxt var.

«Transfer pəncərəsi»nin bağlanacağı son dəqiqəyə kimi nəsə ola bilər. Hər halda axtarış gedir.

Bəzi mövqelər var ki, ora da yeni futbolçular dəvət edə bilərik. Rəhbərlik və baş məşqçi Samir Abasov bunun üzərində çalışır».

«Gənclik şəhəri» təmsilçisi dövrələrarası fasilədə 4 legioneri düşərgəsinə qatıb. Bunlar Terrens Tisdel, Diego Karioka, Masaki Murata və Karim Abubakardır.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda