Premyer Liqa klubu kapitansız qaldı

30 Yanvar 2023 23:40 Sumqayıt 875
Premyer Liqa klubu kapitansız qaldı

“Sumqayıt”ın zədəli futbolçusu Vurğun Hüseynovun durumuna aydınlıq gəlib.

Kapitan ən azı 3 həftə komandasına kömək edə bilməyəcək.

Həkimlər iki həftəlik müalicə kursu yazıb.

O, yalnız bundan sonra komanda ilə hazırlığa qoşula biləcək.

34 yaşlı futbolçu mövsümün ikinci yarısının ilk matçında zədələnmişdi.

O, bu səbəbdən “Zirə” ilə oyunun 34-cü dəqiqəsində zədələnərək yerini Rüfət Abdullazadəyə verməli olmuşdu.

Fasiləyə 1:0 hesablı üstünlüklə yollanan “kimyaçılar” fasilədən sonra buraxdığı 3 qolla məğlub olmuşdu.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti