“Azərbaycana getmək istədiyimi soruşsaydılar, dəli olduqlarını deyərdim”

26 Yanvar 2023 22:40 Sumqayıt 695
“Azərbaycana getmək istədiyimi soruşsaydılar, dəli olduqlarını deyərdim”

“İki il əvvəl Azərbaycana getmək istədiyimi soruşsaydılar, dəli olduqlarını deyərdim”.

Sportinfo.az verir ki, bu sözlər qış transfer dönəmində “Sumqayıt”dan ayrılan portuqaliyalı Filipe Çabiyə məxsusdur.

Ölkəsində III Liqa təmsilçisi “Belenenseş” ilə müqavilə imzalayan 29 yaşlı yarımmüdafiəçi “instaqram” səhifəsi vasitəsilə “Sumqayıt”la vidalaşıb.

O, klub rəhbərliyinə təşəkkürünü bildirib:

“Yaxşı təcrübə oldu. Azərbaycan təklif edə biləcəyim, çox şeyə sahib fantastik ölkədir.

Həmçinin əla şəraitə malik klubla və özümü rahat hiss etməyim üçün hər şeyi edən inanılmaz insanlarla tanış oldum.

Mənə komandanın bir parçası olmaq, Portuqaliyadan kənarda ilk təcrübəmi yaşamaq imkanı verdiyi üçün “Sumqayıt”ın prezidenti Riad Rəfiyevə təşəkkür edirəm.

Orada xoşbəxt olmağım üçün hər cür şərait yaratdılar. Ancaq indi vidalaşmaq və başqa macəraya başlamaq vaxtıdır. Təşəkkürlər, “Sumqayıt”.

“Sumqayıt”a ötən ilin yayında “Sportinq”dən keçən Filipe Çabi mövsümün ilk yarısında Premyer Liqada 15 oyun keçirib".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"