Azərbaycan klubu Kərimi 5000 dollara razı saldı

22 Yanvar 2023 10:40 Sumqayıt 2 426
Azərbaycan klubu Kərimi 5000 dollara razı saldı

"Sumqayıt" daha bir legioner transferini gerçəkləşdirib.

"Kimyaçılar" İsraildən - "Bney Yehuda"dan Kərim Abubakarı sıralarına qatıb.

"Gənclik şəhəri" təmsilçisi afrikalı ilə 1,5 illik müqavilə imzalayıb. Azərbaycana gəlmək üçün "Bney Yehuda"dan azad agent statusu alan 27 yaşlı Kərimin buradakı aylıq qazancı da məlumdur – 5000 dollar.

Qanalı forvard karyerasına ölkəsində - "Medeama"da başlayıb. O, daha sonra İspaniyada - "Leqanes"in gənclər komandasında legioner karyerasına start verib.

8 il İspaniyanın müxtəlif aşağı liqa təmsilçilərində (“Don Benito”, “Algesiras”, “Yeklano Deportivo”) çıxış etdikdən sonra 2 il öncə İsrailə yollanıb,

"Hapoel Akre" ilə müqavilə imzalayıb. Mərkəz hücumçusu, sol və sağ vinger mövqelərində də oynaya bilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"