Samir Abasov 1,5 saat… “Sumqayıt”dan FOTOREPORTAJ

22 Yanvar 2023 09:00 Sumqayıt 873
Samir Abasov 1,5 saat… “Sumqayıt”dan FOTOREPORTAJ

“Sumqayıt” Premyer Liqanın 19-cu turunda “Zirə” ilə baş tutacaq qarşılaşmanın hazırlıqlarına start verib.

Sportinfo.az xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında “Kapital Bank Arena”nın ehtiyat meydançasında məşqə çıxıb.

Məşqdən əvvəl 20 Yanvar hadisələrinin 33-cü ildönümü ilə əlaqədar olaraq şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla anılıb. Samir Abasov 20 yanvar hadisələri haqqında futbolçularımıza məlumat verib.

Təxminən 1.5 saat davam edən məşq prosesində əvvəlcə fiziki gücün artırılması yönündə hərəkətlər, daha sonra isə müxtəlif toplu çalışmalar icra edilib.

“Zirə” – “Sumqayıt” qarşılaşması yanvarın 25-də saat 16:30-da Zirə İdman Kompleksində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti