“Sumqayıt”dan yeni ideya - "Master Cup" bort futbol festivalı

21 Yanvar 2023 23:20 Sumqayıt 581
“Sumqayıt”dan yeni ideya - "Master Cup" bort futbol festivalı

"Sumqayıt"ın təşəbbüsü ilə 21-22 yanvar tarixində Sumqayıt Olimpiya İdman Kompleksində 2009 və 2013-cü il təvəllüdlü futbolçulardan ibarət komandalar arasında "Master Cup" bort futbol festivalı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, “kimyaçılar”la yanaşı, "Neftçi", "Səbail", "Qəbələ", "Şamaxı", "Ərgünəş", BFA, "Siyəzən", "Metak", "Zəngəzur" və "Xan"ın iştirak edəcəyi turnirdə hər yaş üzrə 2 qrupda 8 komanda mübarizə aparacaq.

Ümumilikdə 300-ə yaxın futbolçunun iştirak edəcəyi turnirin keçirilməsində əsas məqsəd gənc futbolçuların asudə vaxtının səmərəli keçirilməsi, onların futbola olan motivasiyasını daha da artması, fiziki və taktiki keyfiyyətlərinin inkişaf etdirilməsidir.

"Master Cup" bort futbol festivalının ənənəvi hal alacağı planlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti