Azərbaycan klubu qanalı hücumçu ilə anlaşdı

20 Yanvar 2023 23:40 Sumqayıt 2 087
Azərbaycan klubu qanalı hücumçu ilə anlaşdı

"Sumqayıt" qış fasiləsində növbəti transferini həyata keçirib.

"Kimyaçılar" Kərim Aboubakarla bütün detallarda anlaşıb.

Qanalı futbolçunun hazırkı klubu "Bney Yəhuda" (İsrail) komandasıdır.

27 yaşlı forvard karyerası ərzində İspaniyada "Leganes", Alcorcon", "Valdivia", "Yeklano" və digər İsrail təmsilçisi "Hapoel Acre"də çıxış edib.

O, karyerası ərzində meydana çıxdığı 142 oyunda 27 qol və 7 assistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti