“Güclənmişik, axırlarda getmək, doğrudan da, bizə yaraşmır”

20 Yanvar 2023 19:40 Sumqayıt 690
“Güclənmişik, axırlarda getmək, doğrudan da, bizə yaraşmır”

“Komandadakı futbolçuların potensialı daha artığını etməyə imkan verir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın legioneri Todor Todorovski deyib.

Şimalı makedoniyalı müdafiəçi Premyer Liqanın iknci dövrəsiylə bağlı ümidli danışıb. Ölkəsinin yığmasına da çağırılan aarxa xətt oyunçusu yeni ildə uğurlu çıxış edəcəklərinə əmin olduğunu bildirib:

“Antalyada keçirilən yoxlama oyunlarında “Sumqayıt”ın nəyə qadir olduğunu gördük. Əsas odur ki, indi gücümüzə inanırıq.

Turnir cədvəlində sonuncu pillələrdən qurtulmaq üçün sona qədər mübarizə aparacağıq. Axırlarda getmək, doğrudan da, “Sumqayıt”a yaraşmır.

Əvvəlki aylarla müqayisədə komanda olaraq irəli gedə bilmişik. İndi meydanda bir-birimizi daha yaxşı başa düşürük.

Yeni gələn futbolçularımız var və onların da bizi daha da gücləndirəcəyini hiss edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu