“Alışıb-yanırlar” - “Sumqayıt”a qol vuran rusiyalı hücumçu

18 Yanvar 2023 17:20 Sumqayıt 842
“Alışıb-yanırlar” - “Sumqayıt”a qol vuran rusiyalı hücumçu

“Təlim-məşq toplanışının ilk görüşündə “Sumqayıt” üzərində qələbə qazanmaq vacib idi”.

Sportinfo.az xəbər verir ki, bunu “Krılya Sovetov”un futbolçusu Vladislav Şitov Türkiyədəki toplanış çərçivəsində “Sumqayıt”la keçirilən yoxlama oyunu ilə bağlı danışarkən deyib.

Komandasının 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada yeganə qolun müəllifi olan Rusiyanın gənclər yığmasının 20 yaşlı hücumçusu klubun rəsmi saytına açıqlamasında bu performansı davam etdirmək istədiyini bildirib:

“Bu qələbə özümüzü daha inamlı hiss etməyə, əhvalımızı yaxşılaşdırmağa imkan verəcək. Bu matçın bizə köməyi dəyəcək.

40 günlük tətil zamanı hamı dincəldi, futbolçular indi oynamaq üçün alışıb-yanırlar. Bu qolları ölkə çempionatında da davam etdirməyə çalışacam”.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!