"Müqaviləni pozmamışıq, rəhbərlik bu legionerlərlə danışacaq"

18 Yanvar 2023 14:40 Sumqayıt 614
"Müqaviləni pozmamışıq, rəhbərlik bu legionerlərlə danışacaq"

«Sumqayıt» iki legionerlə bağlı yaranmış qeyri-müəyyənliyə aydınlıq gətirib.

Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Sportinfo.az-a bildirib ki, Riçard Qadze ilə Felipe Çabinin mövsümün qalan hissəsini burada keçirib-keçirməyəcəyi qarşıdakı günlərdə dəqiqləşəcək.

Onun sözlərinə görə, qanalı hücumçu şəxsi, portuqaliyalı yarımmüdafiəçi zədə problemini əsas gətirərək, komandanın Antalya toplanışına qatılmayıb:

«Hər halda ikisi də bizə belə deyib. Bir neçə gün də gözləyək.

Onlarla müqaviləni pozmamışıq. Rəhbərlik bu legionerlərlə danışacaq».

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı