Azərbaycan klubu “Arsenal”la danışıqları bitirir, iki legioner kənarda qalıb

17 Yanvar 2023 20:40 Sumqayıt 1 415
Azərbaycan klubu “Arsenal”la danışıqları bitirir, iki legioner kənarda qalıb

Antalyadakı ilk yoldaşlıq görüşündə Serbiya “Radnik”i üzərinə 2:1 hesabı ilə qələbə qazanan “Sumqayıt” bu gün növbəti sınaq matçına çıxdı.

“Kimyaçılar” Rusiya Premyer Liqasında mübarizə aparan “Krılya Sovetov”la üz-üzə gəldi - 0:1.

Baş məşqçi Samir Abasov məşqlərdə və yoldaşlıq görüşlərində heç də bütün futbolçuların xidmətindən yararlana bilmədi. Belə ki, komandanın iki əcnəbi futbolçusu zədədən əziyyət çəkir.

Stiven Pereyra hələ mövsümün ilk yarısında aldığı zədəni yeniləyib. Odur ki, qış hazırlığında fərdi məşqlərlə kifayətlənmək məcburiyyətindədir.

Türkiyəyə sağlam yollanan, lakin məşqlərin birində topuğu burxulan Alya Ture isə ümumiyyətlə, çalışmalardan kənar qalıb. Qvineyali 21 yaşlı hücumçu ən yaxşı halda Sumqayıtdakı məşqlərdə komandaya qoşula biləcək.

“Sumqayıt”la bağlı daha bir xəbər Kamran Əliyevlə bağlıdır. Müqavilə ilə Tula “Arsenal”ına məxsus olan hücumameylli futbolçu bir neçə gündür “kimyaçılar”ın düşərgəsindədir. Lakin hələ də “Sumqayıt”a məxsus deyil.

Problem klublar arasında gedən danışıqların yekunlaşmamasındadır. Son bir həftədə “Arsenal”la “Sumqayıt” arasında müzakirələr davam edir.

Danışıqlar prosesi sona yaxınlaşsa da, yekun nəticə hasil olmayıb.

Sevindirici hal odur ki, işlər təmsilçimizin qurduğu plan üzrə gedir. Yəni son anda ortaya ciddi problem çıxmasa, U-21 millimizin sabiq üzvü karyerasını Sumqayıt təmsilçisində davam etdirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!