“Sumqayıt” 87-ci dəqiqədə buraxdığı qolla Rusiya klubuna uduzdu - VİDEO

17 Yanvar 2023 17:30 Sumqayıt 607
“Sumqayıt” 87-ci dəqiqədə buraxdığı qolla Rusiya klubuna uduzdu - VİDEO

“Sumqayıt” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Rusiya klubu “Krılya Sovetov”la qarşılaşıb.

“Titanic Mardan” hotelinin meydançasında baş tutan oyunda Azərbaycan komandası 0:1 hesabı ilə məğlub olub.

“Krılya Sovetov” qalibiyyət qolunu 87-ci dəqiqədə vurub. Bununla Antalya toplanışını tamamlayan Samir Abasovun komandası sabah Vətənə qayıdacaq.

“Sumqayıt” Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə Serbiya klubu “Radnik”i 2:1 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti