"Sumqayıt"lı makedon: "Bunu bacarsaq, Premyer Liqada fərqli komanda görəcəklər"

15 Yanvar 2023 23:00 Sumqayıt 544
"Sumqayıt"lı makedon: "Bunu bacarsaq, Premyer Liqada fərqli komanda görəcəklər"

“İstirahət etmək üçün cəmi 10 gün vaxtımız var idi.

Buna görə də fiziki formamızdan uzaq düşdüyümüzü düşünmürəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın və Şimali Makedoniya millisinin müdafiəçisi Todor Todoroski komandasının Antalyadakı təlim-məşq toplanışı barədə açıqlamasında deyib.

“Kimyaçılar” mövsümün ilk yarısını uğursuz keçirsə də, 23 yaşlı futbolçu buna görə narahat deyil.

O, qış hazırlığını yüksək səviyyədə keçirməklə çempionatın ikinci yarısında ötən ildəki uğursuzluğu unutdura biləcəklərini düşünür:

“Hazırlıq keçməyimiz üçün burada hər cür şərait yaradılıb. İndi əsas məqsədimiz məşqlərdə səylə çalışmaq, çatışmazlıqları aradan qaldırmaqdır.

Bunları bacarsaq, azarkeşlər Premyer Liqanın qarşıdakı 18 oyununda fərqli komanda görəcək. Və bunu bacaracağımıza inanıram".

“Sumqayıt” 18 oyundan sonra topladığı 12 xalla 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti