Azərbaycan klubundan qaçaq düşən hücumçunun YALANININ ÜSTÜ AÇILDI

15 Yanvar 2023 21:20 Sumqayıt 1 545
Azərbaycan klubundan qaçaq düşən hücumçunun YALANININ ÜSTÜ AÇILDI

Ötən ilin oktyabrında “Sumqayıt”la birillik müqavilə imzalayan Riçard Qadze karyerasını Avropada davam etdirəcək.

29 yaşlı hücumçu hazırda müxtəlif ölkələrdən bir neçə klubla danışıqlar aparır.

Qanalı forvardın “kimyaçılar“ın Antalya toplanışına qatılmaması bununla bağlıdır.

Düzdür, afrikalı legioner Türkiyəyə yollanmamasını ailədaxili problemlərlə əlaqələndirib, ancaq az sonra “gənclik şəhəri“ təmsilçisinə məlum olub ki, o, bəzi komandaların nümayəndələri ilə təmas qurub.

Qadze “Sumqayıt“adək Banqladeşdə - “Şeyx Rassel”də çıxış edib. 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalayan qanalı Azərbaycanda daha öncə “Zirə”də (2017-2018; 2019-2020) forma geyinib.

O, karyerası ərzində Hindistanın “Delhi Dinamo”, Finlandiyanın “HİK” (Helsinki), Rumıniyanın “Voluntari”, Moldovanın “Şerif” və İsrailin “Bney Saxnin” klublarının şərəfini qoruyub.

SPORTİNFO.AZ

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!