“Samir Abasov bizdən bunu istəyir, daha çox zəhmət çəkməliyik”

14 Yanvar 2023 21:00 Sumqayıt 402
“Samir Abasov bizdən bunu istəyir, daha çox zəhmət çəkməliyik”

“Təlim-məşq toplanışı üçün hər cür şərait yaradılıb”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın qapıçısı Aydın Bayramov deyib.

Antalyada keçirilən hazırlıq prosesinin gedişi barədə danışan kiper vəziyyətin yaxşı olduğunu bildirib:

“Yanvarın 17-də “Krilya Sovetov”la oyun planlaşdırılıb. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq.

Bu müddətdə daha çox zəhmət çəkməliyik ki, çempionatda bəhrəsini görə bilək. Samir Abasov da bizdən bunu istəyir.

Azarkeşlərimizi oyunumuz və nəticələrimizlə sevindirməyi bacaracağımıza inanıram”.

Digər Xəbərlər
Xəbər Lenti