4000 dollarlıq transfer - Azərbaycan klubunun ilk yaponu

14 Yanvar 2023 16:40 Sumqayıt 1 110
4000 dollarlıq transfer - Azərbaycan klubunun ilk yaponu

"Sumqayıt" dövrələrarası fasilədə növbəti legionerin keçidini gerçəkləşdirib.

Daha əvvəl “Kolos”dan (Ukrayna) braziliyalı vinger Dieqo Kariokanı icarəyə götürən "gənclik şəhəri" təmsilçisi son olaraq "Valmiera"da (Latviya) çıxış etmiş Masaki Murata ilə 1.5 illik müqavilə imzalayıb.

Ötən mövsüm Latviya çempionu olan yaponiyalı yarımmüdafiəçi 32 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

O, UEFA Konfrans Liqasında keçirdiyi 2 matçda da bir dəfə fərqlənməyi bacarıb.

24 yaşlı legioner “kimyaçılar”ı ciddi xərcə salmayıb. Klubun tarixinə ilk yapon kimi düşən Murata burada ayına 4000 dollar civarında pul qazanacaq.

SPORTİNFO.AZ

Xəbər Lenti