"Samir Abasovdan xoş sözlər eşitdim" - İki qol vuran Süleyman

15 Yanvar 2023 16:00 Sumqayıt 838
"Samir Abasovdan xoş sözlər eşitdim" - İki qol vuran Süleyman

"Sumqayıt" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçına çıxdı.

"Gənclik şəhəri" təmsilçisi Serbiyadan “Radnik” ilə üz-üzə gəldiyi oyunda 2:1 hesablı qələbəyə sevindi.

Görüşün qəhrəmanı isə dublla yadda qalan Süleyman Əhmədov olub.

Müdafiəçi Sportinfo.az-a açıqlamasında ilk öncə oyun haqqında danışıb:

"Görüşə istədiyimiz kimi başladıq. İlk hissədə topa nəzarət edərək üstünlüyü ələ keçirdik.

Rəqib daha çox uzun ötürmələrlə oyun qururdu. Çətin və maraqlı qarşılaşma keçdi. Sonda qələbə qazanan tərəf biz olduq".

Cinah müdafiəçisi vurduğu 2 qol barəsində isə bunları dedi:

"Şükürlər olsun ki, ilə 2 qolla başladım. Bu, sevindirici haldır. Bundan sonra əsas istəyim, hədəfim çempionat oyunlarında da fərqlənib komandama daha çox xeyir verməkdir".

Maraqlıdır, əla performans sərgiləyən futbolçuya final fitindən sonra baş məşqçidən xüsusi təbrik gəldimi?

Süleymanı dinləyək: "Bu, mənim işimdir. Sevə-sevə görməyə çalışıram. Amma bildirim ki, xoş sözlər, təbriklər eşitdim".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti