Azərbaycan klubunda ŞOK! - Zəng vurdu, Antalyaya gəlmədi

13 Yanvar 2023 12:40 Sumqayıt 1 102
Azərbaycan klubunda ŞOK! - Zəng vurdu, Antalyaya gəlmədi

“Sumqayıt” gözlənilməz vəziyyətlə üzləşib.

Çempionatın ilk yarısının gedişində komandaya qoşulan, meydana çıxdığı 7 oyunda 1 qol vuran Riçard Qadze “Sumqayıt”ın Antalya toplanışına qatılmayıb.

Qış fasiləsindən qayıtmalı olan 28 yaşlı hücumçu rəhbərliyə zəng edərək, Türkiyəyə yollana bilməyəcəyini bildirib. Buna səbəb ailəsində baş qaldıran problemlərdir.

Baş məşqçi Samir Abasovu məyus edən bu xəbər rəhbərliyi təcili addım atmağa məcbur edib. Belə ki, artıq yeni forvardın axtarışına start verilib.

Çünki Riçardın karyerasını “Sumqayıt”da davam etdirəcəyi inandırıcı görünmür. Çox güman, futbolçu ilə yollar qarşılıqlı razılıq əsasında ayrılacaq.

Hazırda 3-4 namizədlə danışıq aparılır. Alınsa, hücumçulardan biri Azərbaycana gəlib, “kimyaçılar”la müqavilə bağlayacaq.

Hətta Qadze qayıtsa belə, Abasov daha bir forvardın xidmətində maraqlıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"