“Kolos”dan (Ukrayna) braziliyalı vinger Dieqo Kariokanı mövsümün sonunadək icarəyə götürən “Sumqayıt“ daha bir legionerlə anlaşıb.
Bu haqda Sportinfo.az-a klubdan bildirilib.
“Kimyaçılar“ Masaki Murata ilə ilyarımlıq müqavilə imzalayıb. Yaponiyalı sonuncu mövsümü Latviyada keçirib.
“Gənclik şəhəri“ təmsilçisinin formasını geyinəcək “gündoğar ölkə“nin nümayəndəsi kimi tarixə düşən yarımmüdafiəçi "Valmiera"nın heyətində bu ölkənin çempionu titulunu qazanıb.
"Kavasaki Frontale" yetirməsi “Qinshaym”, “Bavariya Alzenu”(hər ikisi Almaniya) və “İtuanı”də (Yaponiya) oynayıb. O, Yaponiyanın U-17 yığmasının da formasını geyinib.