“Kolos”un (Ukrayna) braziliyalı vingeri Dieqo Kariokanu mövsümün sonunadək icarəyə götürən «Sumqayıt» daha bir neçə futbolçu ilə danışıqlar aparır.
Bu haqda Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib.
Onun bildirdiyinə görə, Samir Abasov komandanın daha da gücləndirilməsini istəyir və yönətim baş məşqçinin üzərində dayandığı oyunçuları razı salmağa çalışır:
«Onların arasında həm yerlilər, həm də legionerlər var. İki-üç mövqeyə yeni transfer olmalıdır.
Hələlik gözləyir. Yəqin ki, apardılan danışıqların nəticəsi qarşıdakı günlərdə məlum olacaq».

