"Sumqayıt"da ilk braziliyalı – Ukrayna klubundan icarəyə götürüldü

12 Yanvar 2023 11:20 Sumqayıt 1 057
"Sumqayıt"da ilk braziliyalı – Ukrayna klubundan icarəyə götürüldü

“Sumqayıt” qış fasiləsində braziliyalı legioner transfer edib.

Sportinfo.az xəbər verir ki, Ukrayna “Kolos”unun vingeri Dieqo Karioka “gənclik şəhəri” təmsilçisi ilə anlaşıb.

25 yaşlı oyunçu Premyer Liqa təmsilçisinin qış fasiləsində ilk transferi olub. Karioka müqavilə müddətinin uzadılması şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.

Dieqo Karioka, eyni zamanda, “Sumqayıt” tarixinin ilk braziliyalı futbolçusu olub.

O, karyerası ərzində “Şaxtyor” (Soliqorsk, Belarus), “Vitebsk” (Belarus), “Yagelloniya” (Polşa), “Zalagerseq” (Macarıstan) və “Kolos”da (Ukrayna) çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə