“Arsenal”ın hücumçusu Azərbaycan klubunda – RƏSMİ AÇIQLAMA

11 Yanvar 2023 17:00 Sumqayıt 3 856
“Arsenal”ın hücumçusu Azərbaycan klubunda – RƏSMİ AÇIQLAMA

“Arsenal”da (Tula) çıxış edən Kamran Əliyev bundan sonra karyerasını Azərbaycanda davam etdirəcək.

24 yaşlı hücumçu “Sumqayıt”a keçir.

Bu haqda Sportinfo.az-a klubun mətbuat cidmətinin rəhbəri Rəşad Məmmədov bildirib.

Onun sözlərinə görə, gənclər yığmamızın sabiq forvardı ilə danıçıqlar son mərhələdədir və yaxın günlərdə rəsmi müqavilənin imzalanması nəzərdə tutulur.

Bu gün “Sumqayıt”ın düşərgəsinə qoşulan Kamran 2022-ci ilin iyul ayından “Arsenal”da çıxış edirdi. “Kimyaçılar” onunla 2,5 illik kontrakt bağlamağı planlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti