“Sumqayıt” üçün “Radnik”

11 Yanvar 2023 17:20 Sumqayıt 406
“Sumqayıt” üçün “Radnik”

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt”ın yoxlama görüşündəki rəqibi dəyişib.

Sportinfo.az xəbər verir ki, ilk oyundakı rəqiblə bağlı planda dəyişiklik olub.

Samir Abasovun yetirmələri öncədən nəzərdə tutulduğu kimi, Macarıstan təmsilçisi “Mezököveşt”lə deyil, Serbiyadan “Radnik” ilə üz-üzə gələcək.

Yanvarın 12-də “Topkapı” hotelinin meydançasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

“Sumqayıt” Antalyada ikinci yoxlama görüşünü yanvarın 17-də Rusiya klubu “Krılya Sovetov”la keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti