COP29

Azərbaycan klubu braziliyalı vingerlə ANLAŞDI

9 Yanvar 2023 14:00 Sumqayıt 2 342
Azərbaycan klubu braziliyalı vingerlə ANLAŞDI

“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.

Söhbət braziliyalı vinger Dieqo Kariokadan gedir.

“Kimyaçılar” bir müddətdir intensiv danışıqlar apardığı futbolçu ilə böyük ölçüdə razılıq əldə edib.

Yaxın günlərdə onun ictimaiyyətə rəsmi təqdimatı gözlənilir.

24 yaşlı yarımmüdafiəçi ölkəsində “Aymore”, “Qremio”, “Lajadense, klublarının şərəfin qoruyub.

O, 2019-cu ildə vətəni tərk edərək, legioner həyatı yaşamağa qərar verib.

“Sanbaçı” arxada qalan 3 ili “Vitebsk”, “Soliqorsk” (Belarus), “Kolos” (Ukrayna), “Yaqelloniya” (Polşa) klublarında keçirib.

Hazırda müqavilə ilə “Kolos”a məxsus olan oyunçu son 6 ayı Macarıstanın “Zalaqerseq” klubunda icarədə olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!