"Məni Azərbaycan klubundan geri qaytarmaq qərarına gəldilər, razılaşdım"

8 Yanvar 2023 12:40 Sumqayıt 1 123
"Məni Azərbaycan klubundan geri qaytarmaq qərarına gəldilər, razılaşdım"

Bosniya və herseqovinalı forvard Almir Aqanspahiçin "Sumqayıt"dan ayrılmasının səbəbi bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə 27 yaşlı hücumçunun özü "sportklub.rs" saytına açıqlama verib.

Forvard bildirib ki, hər şey müqavilə ilə məxsus olduğu Serbiya "Çukariçki"sinin istəyilə gerçəkləşib:

"Son matçımı dekabrın 24-də keçirdim. Klub məni icarədən geri qaytarmaq qərarına gəldi.

Məşqçilər korpusu ilə razılaşaraq bir neçə gün istirahət etdim və Yeni ili doğma Sarayevoda qarşıladım. İndi isə yenidən doğma komandama qayıtdım".

"Sumqayıt" cari mövsümün əvvəlində icarəyə götürdüyü Almir Aqanspahiçlə yayadək müqavilə imzalamışdı.

Digər Xəbərlər
Xəbər Lenti