Üst-üstə yığılan problem - Portuqaliyadan xəbər yoxdu, digərləri də...

9 Yanvar 2023 21:00 Sumqayıt 627
Üst-üstə yığılan problem - Portuqaliyadan xəbər yoxdu, digərləri də...

"Sumqayıt"ın qış təlim-məşq toplanışı Türkiyədə davam edir.

Amma klubda heç də hər şey ürəkaçan deyil.

Vüqar Bəybalayev, Rifat Nurmuqamet, Xəzər Mahmudob, Almir Aqanspahiç, Damian Daniçiçlə yolları ayıran "kimyaçılar" hələ də güclənmək yolunda ciddi addımalar ata bilməyib.

Düzdü, bu yöndə axtarışlar davam edir. Bir neçə əcnəbi və yerli futbolçu ilə danışıqlar intensiv aparılır.

Amma Abasovun sərəncamında görmək istədiyi futbolçuların əksəriyyəti "Sumqayıt"a sonuncu variant kimi baxır.

Təbii ki, bunda klubun hazırda olduğu mövqe xüsusi rol oynayır. Ölkə kubokunda mübarizə başa çatıb, Premyer Liqada isə sonuncu pillədən 2 xal ayırır. Hədəf avrokuboklar yox, Birinci Diviziona düşməməkdir. Hansı sanballı oyunçu belə klubun yolunu tutar? Əlbəttə, heç kim. Təlim-məşqin üçüncü günü də arxada qaldı. Yeni transferlərin gecikməsi Abasovun hazırlığına da birbaşa təsir edir.

Adam hələ də bilmir ki, oyun sistemini, taktiki gedişlərini kimlərin üzərində quracaq.

Digər problem də Portuqaliyalı Plipe Çabi ilə bağlıdır.

Futbolçu hələ də toplanışa qatılmayıb. Nə vaxt istirahətdən qayıdacağı da məlum deyil.

Onsuz da heyət kasaddır. Bir tərəfdən də əsas futbolçulardan birinin toplanışdan kənarda qalması ciddi boşluq sayılmalıdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!