Azərbaycan klubunun düşərgəsinə qayıtmadı - MÜƏMMA

6 Yanvar 2023 16:40 Sumqayıt 1 936
Azərbaycan klubunun düşərgəsinə qayıtmadı - MÜƏMMA

"Sumqayıt"ın qış təlim-məşq toplanışı Türkiyədə davam edir.

Antalyada hazırlığın ikinci günü baş tutub.

Amma hələ də bütün heyət hazırlıqda iştirak etmir. Söhbət Pilipe Çabinin yoxluğundan gedir.

Digər əcnəbi oyunçuların hamısı qardaş ölkədə baş tutan hazırlığın ilk günündən iştirak etsə də, ondan hələ xəbər yoxdur.

Portuqaliyalı legionerin toplanışa nə vaxt qoşulacağı da sual olaraq qalır.

28 yaşlı yarımmüdafiəçi ötən ilin yayından "kimyaçılar"ın şərəfin qoruyur. Onun klubla müqaviləsi 2024-ci ilin yayında başa çatacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu