"Sumqayıt" tanış əcnəbiyə "ELÇİ DÜŞDÜ"

4 Yanvar 2023 23:00 Sumqayıt 1 540
"Sumqayıt" tanış əcnəbiyə "ELÇİ DÜŞDÜ"

“Sumqayıt”ın maraq dairəsində olan daha bir futbolçunun kimliyi məlum olub.

Bu, Liberiya millisinin üzvü Camal Araqodur.

Mərkəz müdafiəçisi bizə yad sima deyil.

O, 2021/22 mövsümün “Səbail”də keçirib.

29 yaşlı arxa xətt oyunçusu hazırda Səudiyyə Ərəbistanının “Ohod” klubunda çıxış edir.

Təcrübəli futbolçu özü də yenidən ölkəmizə qayıtmağa isti baxır.

Sadəcə, onun klubu ilə yaya qədər müqaviləsinin olması narahatlıq yaradır.

Əgər klub arasında razılıq əldə olunsa, Araqonu qışdan sonra yenidən Premyer Liqamızda görə bilərik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti