Xəzər Mahmudov və Vüqar Bəybalayevlə yollarını ayıran «Sumqayıt»ı tərk etməyə daha 2 yerli futbolçu namizəddir.
Baş məşqçi Samir Abasov onların kimliyini müəyyənləşdirib.
Yeri ildə güclü heyət qurmaq istəyən çalışdırıcı Elşən Abdullayevlə Murad Xaçayevi gələcək planlarında düşünmür.
Ötən ilin payızında «kimyaçılar»ın sükanı arxasına qayıtmış mütəxəssis hesab edir ki, vaxtının çoxunu zədələrlə «mübarizə»yə sərf eləyən Abdullayev rəqabətə hazır deyil.
Xaçayevə gəlincə, baş məşqçi milliləşdirilmiş yarımmüdafiəçinin kifayət qədər yüksək əməkhaqqı almasına rəğmən, formada olmamasından narazıdır.
SPORTİNFO.AZ

