"Sumqayıt"ın yeni transferi - VİDEO

1 Yanvar 2023 22:20 Sumqayıt 1 640
"Sumqayıt"ın yeni transferi  - VİDEO

Qış fasiləsinə Premyer Liqada 8-ci pillədə yollanan "Sumqayıt" heyətini yeni legionerlə gücləndirdi.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar" Terrens Tisdellə müqavilə imzaladı.

Müqaviləyə əsasən Liberiya millisinin üzvü mövsümün sonuna qədər "gənclik şəhəri" təmsilçisinin formasını geyinəcək.

​Son olaraq Rumıniyanın “Botoşani” klubunda çıxış etmiş liberiyalı vinger “Hapoel" (Petah Tikva, İsrail), “Kocaelispor” (Türkiyə) kimi klubların uğurları üçün çalışıb.

2019-cu ildən dəvət aldığı Liberiya millisinin heyətində 13 oyun keçirən Tisdel 1 qol vurmağa da müvəffəq olub. Solaxay futbolçu hücumun sol və sağ cinahlarında çıxış edə bilir.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!