“Belə məsləhət oldu, artıq söhbət etmədim, əl sıxıb sağollaşdıq”

29 Dekabr 2022 23:00 Sumqayıt 708
“Belə məsləhət oldu, artıq söhbət etmədim, əl sıxıb sağollaşdıq”

“Bazada klub rəhbərliyi ilə görüşdüm və müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”dan ayrılan Vüqar Bəybalayev deyib.

O, klub rəsmiləri ilə görüşdükdən sonra müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Halbuki 29 yaşlı yarımmüdafiəçinin anlaşma müddəti mövsümün sonuna qədər idi:

“Detallara varmaq istəmirəm. Hər halda belə məsləhət oldu. Sözləşmənin müddəti yayda başa çatmasına baxmayaraq, artıq söhbət etmədim.

Əl sıxıb sağollaşdıq. Çünki “Sumqayıt” doğma şəhərimin komandasıdır.

Futbolsuz qaldığım dönəmdə bu klub mənə öz qapılarını açmışdı. Komandaya bundan sonrakı dönəmdə uğurlar arzulayıram.

Hələ təklif almamışam. Hansısa klubdan təklif olarsa, danışmaq, razılaşmaq olar”.

Vaxtilə “Bakı”, “Turan Tovuz”, “Rəvan”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Səbail” və “Telavi” kimi komandaların şərəfini qorumuş Vüqar Bəybalayev cari Premyer Liqa mövsümündə “Sumqayıt”ın heyətində 6 oyunun iştirakçısı olub, 1 qol vurub.

Xəbər Lenti