“Sumqayıt”da son ayrılıq

28 Dekabr 2022 16:40 Sumqayıt 1 431
“Sumqayıt”da son ayrılıq

Qış fasiləsində “Sumqayıt”da daha bir ayrılıq gerçəkləşib.

“kimyaçılar” Vüqar Bəybalayevlə yollarını ayırıb.

O, klub rəsmiləri ilə görüşdükdən sonra müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Halbuki 29 yaşlı yarımmüdafiəçinin anlaşma müddəti mövsümün sonuna qədər idi.

Vaxtilə “Bakı”, “Turan Tovuz”, “Rəvan”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Səbail” və “Telavi” kimi komandaların şərəfini qorumuş Vüqar Bəybalayev cari Premyer Liqa mövsümündə “Sumqayıt”ın heyətində 6 oyunun iştirakçısı olub, 1 qol vurub.

HƏBİB

Xəbər Lenti