"Sumqayıt" mövsümün ilk 5 ayında – Kim nə edib?

27 Dekabr 2022 22:40 Sumqayıt 462
"Sumqayıt" mövsümün ilk 5 ayında – Kim nə edib?

Azərbaycan Premyer Liqasında 36 turluq marafonun yarısı artıq geridə qalıb.

Sportinfo.az xəbər verir ki, “Sumqayıt” ilk iki dövrədə 24 futbolçunun xidmətindən istifadə edib.

Bu futbolçulardan qapıçı Aydın Bayramov 18 oyunun hamısını əvəzlənmədən keçirən yeganə futbolçudur.

Bayramovu bir oyun az keçirən Səbuhi Abdullazadə (17 oyun, 1530 dəqiqə), Elvin Bədəlov (17 oyun, 1502 dəqiqə), Vüqar Mustafayev (17 oyun, 1454 dəqiqə) və Vüsal İsgəndərli (17 oyun, 1303 dəqiqə) izləyir.

Geridə qalan 18 turda “Sumqayıt” FK 10 dəfə rəqib qapılarına yol tapıb. Həmin qollardan 2-nə Vüsal İsgəndərli ilə (17 oyun, 1303 dəqiqə) Almir Aqanspahiç (13 oyun, 685 dəqiqə), digərlərinə isə Vurğun Hüseynov (14 oyun, 1198 dəqiqə), Riçard Qadze (7 oyun, 502 dəqiqə), Murad Xaçayev (15 oyun, 943 dəqiqə), Rüfət Abdullazadə (14 oyun 547 dəqiqə), Todor Todoroski (16 oyun, 1318 dəqiqə) və Steven Pereira (13 oyun, 1161 dəqiqə) imza atıb.

Aydın Bayramov – 18 oyun (1620 dəqiqə)
Səbuhi Abdullazadə – 17 (1530)
Elvin Bədəlov – 17 (1502)
Vüqar Mustafayev – 17 (1454)
Vüsal İsgəndərli – 17 (1303)
Todor Todoroski – 16 (1318)
Murad Xaçayev – 15 (943)
Filipe Çabi – 15 (808)
Vurğun Hüseynov – 14 (1198)
Rüfət Abdullazadə – 14 (547)
Steven Pereira – 13 (1161)
Süleyman Əhmədov – 13 (1011)
Almir Aqanspahiç – 13 (685)
Damian Daniçiç – 11 (768)
Araz Abdullayev – 11 (424)
Rifat Nurmuqamet – 11 (275)
Riçard Qadze – 7 (502)
Vüqar Bəybalayev – 6 (346)
Alya Ture – 6 (186)
Elşən Abdullayev – 4 (44)
Ouro-Nil Ture – 3 (140)
İbrahim Əliyev – 3 (42)
Nihad Əhmədzadə – 2 (16)
Xəzər Mahmudov – 1 (9)

Vurulan qollar: Almir Aqanspahiç (2), Vüsal İsgəndərli (2), Vurğun Hüseynov, Riçard Qadze, Murad Xaçayev, Rüfət Abdullazadə, Todor Todoroski, Steven Pereira.

Digər Xəbərlər
Xəbər Lenti