Azərbaycan klubu daha 3 legionerlə “dil tapdı” – SON DƏQİQƏ

24 Dekabr 2022 16:40 Sumqayıt 1 553
Azərbaycan klubu daha 3 legionerlə “dil tapdı” – SON DƏQİQƏ

Terrens Tisdellə 2023/2024 mövsümünün sonuna qədər müqavilə imzalayan “Sumqayıt” daha 3 legionerlə anlaşıb.

“Gənclik şəhəri” təmsilçisi bir müddətdir diqqət mərkəzində saxladığı əcnəbi futbolçularla ortaq məxrəcə gəlib.

Samir Abasov müdafiə və yarımmüdafiə xəttinin mərkəzinə, həmçinin hücum zonasına axtardığı namizədləri tapıb. “Kimyaçılar” onlarla ilyarımlıq müqavilə imzalayacaq.

Sumqayıtlılar son olaraq Rumıniyanda - “Botoşani” də çıxış etmiş liberiyalı vinger Terrens Tisdellə münasibətlərini rəsmiləşdirib.

O, karyerası ərzində “Hapoel" (Petah Tikva, İsrail), “Kocaelispor” (Türkiyə), “Botoşani” (Rumıniya) kimi klubların uğurları üçün çalışıb.

2019-cu ildən dəvət aldığı Liberiya millisinin heyətində 13 oyun keçirən Tisdel 1 qolla yadda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti